Soçidə yaşayan azərbaycanlı Azər Musayev lotereyadan 100 milyon rubl udub.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, inşaatçı olan Azərin aldığı biletin dəyəri 500 rubl olub. 

"Əvvəlcə iki bilet seçdim. Heç biri qalib gəlmədi. Sonra üçüncü bileti aldım və düşündüm: "Sonuncu dəfə cəhd edəcəm". Qoruyucu təbəqəni sikkə ilə spozdum və biletdə 5 milyon gördüm. Xoşbəxt oldum, davamını yoxlamadım və düşündüm ki, bu məbləği udmuşam. Bileti satıcıya verdim, o yoxladı.Sonra məlum oldu ki, əslində 100 milyon rubl qazanmışam. Düzünü desəm, buna dərhal inanmadım", - deyə Azər Musayev bildirib. 

Azər Musayev uzun illərdir inşaatçı kimi çalışır. O, udduğu məbləğlə yaxınlarına maddi yardım etməyi, mənzil və maşın almağı və oğluna toy etməyi planlaşdırır.

Nuranə Abbasova