Nizami Rayon Məhkəməsi Bakıda polisə tabe olmayan 77-EY-438 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü Nicat Həsənli barəsində qərar verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsinə əsasən, 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

***

09:42

"Paytaxtın Babək prospekti istiqamətində davamlı olaraq qayda pozuntuları edən sürücü Nicat Həsənliyə saxla əmri verilməsinə baxmayaraq, ətrafdakı insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan yol hərəkəti qaydalarını və ictimaiyyət əleyhinə olan qaydaları açıq şəkildə pozduğu üçün saxlanılıb".

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. O bildirib ki, sürücü saxlanıldıqdan sonra da polis əməkdaşlarına qarşı tabesizlik göstərib:

"Şəxs ərazi aidiyyatı üzrə 23-cü PB-yə təhvil verilib barəsində toplanmış material isə hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək", - deyə DYP rəsmisi bildirib.

***

09:20

Bakıda polisə tabe olmayan sürücü saxlanılıb.

"Unikal"ın məlumatına görə, 77-EY-438 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü qayda pozuntusu törədib və polis ona "saxla" əmri verib.

Sürücü isə polisə tabe olmayıb. Nəticədə polis əməkdaşları onu süni sıxlıq yaradaraq saxlayıblar.

Murad İbrahimli