Respublika Perinatal Mərkəzin cərrah mama-ginekoloqu, uzman həkim Raul Əzimov tərəfindən daha bir uğurlu əməliyyat icra edilib.

"Unikal" xəbər verir ki, Mərkəzə müraciət edən ana və körpəsi həyatı riskli olduğundan dərhal əməliyyata alınıb. Uğurlu qeysəriyyə kəsiyi əməliyyatı ilə 900 qram çəkidə körpə dünyaya gəlib.

 Körpə Yenidoğulmuşların reanimasiyası və intensiv terapiyası şöbəsinə köçürülüb və orada uzman həkim Raul Əzimovun nəzarətində olub.

 50 günlük mücadilədən sonra körpə 1650 qram çəkidə evə yola salınıb.