Vətən müharibəsi şəhidi Elnur Cəfərovun atası vəfat edib.
"Unikal" xəbər verir ki, şəhidin atası Cəmiyyət Cəfərov ötən gün dünyasını dəyişib və Füzuli rayonunda dəfn olunub.
Qeyd edək ki,1998-ci il təvəllüdlü Elnur Cəfərov 2020-ci ilin oktyabrın 3-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.
O, ölümündən sonra "İgidliyə görə", "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.