“Azərbaycan Dəmir Yolları” QSC ilk dəfə qadın maşinistlər hazırlayacaq. 

"Unikal" xəbər verir ki, hazırlıq prosesi çərçivəsində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində stansiya növbətçisi ixtisasında təhsil alan qadın tələbələr ADY-də xüsusi təlimlərdən keçəcəklər.

Təlimlərdən sonra müvafiq imtahanı uğurla başa vuranlar dəmiryol nəqliyyatının idarə edilməsi üçün vəsiqə qazanacaqlar.