Qazax rayonunun Aşağı Salahlı kəndində vətəndaşa məxsus birmətəbəli yaşayış evi, ona bitişik mağaza və yardımçı tikili yanıb.

"Unikal" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Yanğın zamanı həmin ünvanda təmir işləri görən Məqsəd Mustafayev müxtəlif yanıq xəsarətləri, Hikmət Mustafayev isə ayağına kəsici dəmir parçasının batması nəticəsində xəsarət alıb.