Sabirabadda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Xəlifəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2106 markalı avtomobil qəfil idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində rayonun Xəlifəli kənd sakini, 2005-ci il təvəllüdlü Şıxəli Tapdıq oğlu Nurullazadə ağır və daha bir nəfər isə yüngül xəsarət alıb.

Ş.Nurullazadəyə əvvəlcə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, sonra o, Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.