"Bir sıra dövlətlərdə konstitusion idarəetmə quruluşunu dəyişməklə hakimiyyətdə qalanlardan fərqli olaraq İlham Əliyev yalnız ümumxalq seçkilərində xalqın səsini qazanaraq dəfələrlə qalib gələn dövlət başçısıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclis sədrinin I müavini Əli Hüseynli parlamentin bu gün keçirilən xüsusi iclasında çıxışı zamanı deyib. 

MM sədrinin müavini bildirib ki, Prezident müasir hüquqi və demokratik dünyada 20 il sabit, davamlı, amma həm də artan reytinqi olan çox nadir tarixi şəxsiyyətdir:

"Əslində İlham Əliyevin uğur tarixi daha dərindir. İlham Əliyev hələ ilk prezident seçkilərindən sonra radikal müxalifətin dövlət çevrilişi cəhdini, hakimiyyətdəki bəzi avantüristlərin hərəkətlərinin qarşısını da eyni qətiyyətlə almışdı. İndi Qarabağdakı qələbəmiz də, oradan ermənilər könüllü təxliyə edilirlərsə, radikal müxalif düşüncə Azərbaycandan birdəfəlik təxliyə olunmaqdadır. Hər kəs Qarabağın azad edilməsi ilə İlham Əliyevin yeni tarix yazmasının fərqdindədir. Amma öncə İlham Əliyev tarixi yenidən yazdı. İlham Əliyev tarixi həqiqətləri söyləməklə cəmiyyətdəki populist illuziyalara son qoydu.

Tarixi həqiqətlər bəziləri üçün acı olsa da, gələcək nəsillərə həmin səhvlərə yol verməmələri üçün tövsiyələrdir. İlham Əliyevin təcrübəsini öyrənənlər çoxdur, lakin onu tədbiq edə biləcəkləri böyük sual altındadır. Çünki regionda məxməri inqilabların yetişdirdiyi başçılardan fərqli olaraq ancaq özü müstəqil olan İlham Əliyev kimi lider müstəqil qərarlar qəbul edən Ali Baş Komandandır. Regionda müharibəni, antiterror tədbirlərini və sülhü birləşdirib birgə həyata keçirən yeganə şəxsiyyət yalnız İlham Əliyevdir. İndi də bölgədə İlham Əliyevin sözü olmadan heç bir qərar qəbul edilə bilməz. Bu gün məhz ulu öndər Heydər Əliyev siyasəti Qafqazda sülhü təmin edəcək".

Anar Kəlbiyev