İsrailin aviazərbələri nəticəsində Qəzza zolağında həlak olan fələstinlilərin sayı 1354 nəfərə çatıb.

"Unikal"  xəbər verir ki, bu barədə Qəzzada HAMAS tabeliyində fəaliyyət göstərən Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Əlavə olaraq, 6 049 nəfərin isə yaralandığı qeyd olunub.

Qeyd edək ki, İsrail Müdafiə Nazirliyi öz ərazisində 1500 HAMAS döyüşçüsünün öldürüldüyünü bəyan edib. HAMAS hücumları nəticəsində 1300 İsrail vətəndaşının öldüyü təsdiqlənib.