"2004-cü ildə Prezident Aparatında məxməri inqilab keçirməyə çalışdılar".
"Unikal" xəbər verir ki, bunu deputat Fəzail Ağamalı parlamentin bu gün keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.
"O zaman Azərbaycan ensiklopediyasının müzakirəsi zamanı İsmayıl Vəliyev vasitəsilə İlham Əliyevin iradəsini, qətiyyətini və mövqeyini sınağa çəkdilər. İlham Əliyev İsmayıl Vəliyevə qapını göstərdi, onu oradann çıxardı. Hər kəsə dərs verdi ki, Azərbaycanın Prezidenti İlham Əliyevdir və Azərbaycan dövləti qətiyyətli əllərdədir", - deyə deputat bildirib.
Anar Kəlbiyev