Biz Ermənistanın bu gün Qırğızıstan Respublikasında keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistanın liderlərinin və xarici işlər nazirlərinin görüşündən imtina etməsindən təəssüflənirik.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib.
Elnur Məmmədov qeyd edib ki, tərəflər arasında növbəti görüşün Avropa İttifaqının himayəsi altında bu ayın sonunda Brüsseldə keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır.