Şəkidə köşk yanıb.

"Unikal" xəbər verir ki, yanğın hadisəsi gecə saatlarında  Şəki şəhər H.Əliyev prospektində 1976-cı il təvəllüdlü Cəlalov Rahim Baba oğluna məxsus köşkdə baş verib. Yanğın yerinə Şəki YMH-dən yanğınsöndürən texnikalar cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 12 k/m olan köşkün yanar konstruksuyaları və  içərisində olan əşyaları tamamilə yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Seymur Əli