Mingəçevirdə su anbarında batan şəxsin kimliyi məlum olub.  

"Unikal"ın məlumatına görə, həmin şəxs şəhər sakini 1972-ci il təvəllüdlü Bayramov Sərdar Valeh oğludur. 

***12:03

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samux rayonunda, "Mingəçevir" su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Seymur Əli