Kürdəmirdə yanğın olub.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, hadisə Kürdəmir rayonunun Qarasu kəndində qeydə alınıb. Həyətyanı sahəyə yığılan 8 ton ot bağlamasının 6 tonu və yaxınlıqda dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.