ABŞ Dövlət Departamenti “Politico” nəşrini təkzib edib.
"Unikal" xəbər verir ki, “Politico” nəşrində işıq üzü görən məqalədə qeyd edilib ki, guya dövlət katibi Antoni Blinken amerikalı konqresmenlərlə görüşdə Azərbaycanın yaxın həftələrdə Ermənistana hücum edə biləcəyi barədə xəbərdarlıq edib.
Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib ki, “Politico” nəşrində işıq üzü görən məqalə yanlışdır və Antoni Blinkenin konqresmenlərlə danışığını əks etdirmir.