İsmayıllıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə qəza şəhərin Abdulhəsən Ələkbərzadə küçəsində qeydə alınıb. Belə ki, "VAZ 2106" markalı avtomobil "Mercedes Vito" markalı minik vasitəsi ilə toqquşub. Qəza nəticəsində "VAZ 2106" markalı avtomobilin sürücüsü ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Ayxan Malikov