İspaniyanın “Kordoba” klubunun 18 yaşlı futbolçusu Alvaro Prietonun meyiti tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə yerli AS nəşri məlumat yayıb.
Bildirilib ki, futbolçunun cəsədi Sevilya şəhərinin Santa-Xusta stansiyasında, körpünün altındakı iki vaqon arasında tapılıb.
***15 oktyabr, saat 16:51
İspaniyanın “Kordoba” klubunun 18 yaşlı futbolçusu Alvaro Prieto itkin düşüb.
"Unikal" "Marca"ya istinadən xəbər verir ki, futbolçudan 3 gündür xəbər yoxdur.
Polis axtarışlara başlayıb. İspaniyalı futbolçunun anası oğlunu girov götürülmə ehtimalının olduğunu deyib.