Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda olub. Belə ki, idarəetmədən çıxan "Kia" markalı maşının dəmir maneəyə çırpılması nəticəsində 1991-ci il təvəllüdlü Beydiyev Taleh Ələddin oğlu və 1994-cü il təvəllüdlü İbrahimov Rəvan Etibar oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov