"Azad edilən Qarabağ yenidən bərpa edilir və tezliklə Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək. Böyük sənaye, aqrar, xidmət, o cümlədən turizm potensialı olan Qarabağ ölkə iqtisadiyyatının inkişafına xüsusi töhvə verəcək".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərimizin Azərbaycan iqtisadiyyatında əlavə olaraq 10 milyard manata yaxın yeni dəyər formalaşdıracağı gözlənilir.
"Azərbaycan yeni mərhələyə qədəm qoyur. Qarabağda bərpa və yenidən qurma ilə yanaşı islahatların daha da dərinləşəcəyi və dayanıqlı iqtisadi artımın güclənəcəyi gözlənilir. Bu ölkə tarixində yeni səhifənin açılması deməkdir".