Sumqayıtda qadın iş yerinin qarşısında qəfildən ölüb.
"Unikal" xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 57 yaşlı Səmiyə Tahirova çalışdığı marketin qarşısında dünyasını dəyişib.
Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
Ölümün səbəbləri araşdırılır.