İranın cənubunda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri 352 min əhalisi olan Bəndər Abbas şəhərindən 61,5 km şimalda yerləşib. Yeraltı təkanların dərinliyi 10 km olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.