Bakıda kişi intihara cəhd edir.

"Unikal" xəbər verir ki, hadisə Sabunçu rayonu, “Koroğlu” metrostasiyası yaxınlığındakı körpüdə baş verib.

Belə ki, orta yaşlı şəxs körpüyə çıxaraq intihar etmək niyyətində olduğunu bildirib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.