Oktyabrın 19-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Fonddan "Unikal"a bildirilib ki, daşınmaz əmlak Sumqayıt şəhəri, Şəmsi Bədəlbəyli küçəsində icarədə olan 0,034 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 501,76 kvadratmetr olan qeyri-yaşayış binasıdır. Daşınmaz əmlakın ilkin satış qiyməti 1 milyon 500 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəhəri, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27.