"Azərbaycan Milli Antidopinq Agentliyi” (AMADA) publik hüquqi şəxsin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib.
AMADA-nın mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, iclasda Milli Məclisin deputatı Nigar Arpadarai şuranın sədri, hüquqşünas Samir Nuriyev isə sədr müavini seçiliblər.
Həmçinin Agentliyin Nizamnaməsinin 4.4.2-ci bəndinə əsasən, Təhminə Tağı-zadə Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru təyin edilib.
Xatırladaq ki, cari il oktyabrın 9-da Şəfəq Hüseynli Agentliyin direktoru vəzifəsindən azad edilib.