İsrail Müdafiə Qüvvələri Qəzza zolağında xəstəxananın vurulması ilə bağlı araşdırmaları başa çatdırıb. 

"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri açıqlayıb. 

Araşdırmanın nəticələrinə görə, radikal İslami Cihad qruplaşması oktyabrın 17-də Qəzza zolağında xəstəxananın bombalanmasına görə məsuliyyət daşıyır. 

İsrail Ordusunun sözçüsü Daniel Həcəri xarici jurnalistlər üçün keçirdiyi brifinq zamanı deyib ki, oktyabrın 7-dən bəri radikalların Qəzza zolağından atdığı ən azı 450 raket Fələstin anklavının içərisinə düşüb. 

HƏMAS isə xəstəxananın vurulmasında İsraili günahlandırıb. 

Ağarza Elçinoğlu