Almaniyada Rusiya xüsusi xidmət orqanları daha fəallaşıb və hətta öz təxribat fəaliyyətlərində qəddar üsullardan istifadə edirlər.

"Unikal" xəbər verir ki,  bunu Almaniya əks-kəşfiyyatının rəhbəri Tomas Haldenvanq “Azadlıq” radiosuna müsahibəsində bildirib. 

Onun sözlərinə görə, bu fəaliyyət Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl də soyuq müharibə səviyyəsinə çatıb və xeyli artıb.

Rəhbər vurğulayıb ki, kəşfiyyat “əlaqələr şəbəkəsini inkişaf etdirməyə və məlumat əldə etməyə çalışan” klassik agentlərin tətbiqi yolu ilə casusluq hallarını qeydə alır. Onlar həmçinin “yumşaq” casusluq və şantajın bütün mövcud üsullarından istifadə edirlər.