ABŞ İsrailə hücuma cavab olaraq 10 HƏMAS üzvünə və Fələstin yaraqlı təşkilatının Qəzza, Sudan, Türkiyə, Əlcəzair və Qətərdəki maliyyə şəbəkəsinə qarşı sanksiyalar elan edib.

"Unikal" xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb. 

Bildirilir ki, HƏMAS-ın investisiya portfelini idarə edən üzvlərə, Qətərdə İran rejimi ilə yaxın əlaqələri olan maliyyə vasitəçisinə, HƏMAS-ın əsas komandirinə və Qəzzada yerləşən virtual valyuta mübadiləsinə qarşı sanksiyalar tətbiq edib.

Xəzinədarlıq naziri Janet Yellen deyib ki, ABŞ "uşaqlar da daxil olmaqla, İsrail mülki əhalisini vəhşicəsinə və vicdansız şəkildə qətlə yetirdikdən sonra HƏMAS-ın maliyyəçiləri və yardımçılarını təqib etmək üçün sürətli və qətiyyətli addımlar atır". 

Gülayə Mecid