Bakının 292 saylı məktəbinin şagirdləri dərsə velosipedlə gedib-gəlir.

"Unikal" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məlumat paylaşıb. 

"292 nömrəli məktəbdə (121 nömrəli tam orta məktəbin filialı) maraqlı mənzərə ilə qarşlaşdıq. Uşaqlar məktəbə kütləvi şəkildə velosipedlə gəlib-gedir. Məktəbdə xüsusi velosiped meydançası da yaradılıb. Dövlətin Bakı şəhəri Binə qəsəbəsində uşaqlar üçün yaratdığı müasir məktəbdə belə ürəkaçan görüntülər sevindiricidir", - deyə Məmmədov qeyd edib.