Türkiyə millisinin üzvü Salih Özcanın Almaniyanın Dortmund şəhərindəki evi yanıb.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın qısaqapanma nəticəsində baş verib.
Saat yarıma qarşısı alınan yanğından sonra evə ciddi maddi ziyan dəyib.
Salih açıqlamasında "Vəziyyətimiz yaxşıdır. Əsas odur ki, xəsarət alan yoxdur" deyib.