Rusiyanın Ximki şəhərindən olan iki doqquzuncu sinif şagirdi həbs edilərək istintaq təcridxanasına göndərilib. 

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb 15 yaşlı məktəblilərin əylənmək üçün Moskva Aviaparkında həmyaşıdlarını döyüb, digər şagirdləri qorxutmasıdır. Üstəlik, onlar baş verənləri videoya çəkərək sosial mediada paylaşıblar. 

Özlərini döyüşçü adlandıran Məhəmmədsobir I. Düşənbədən və əslən azərbaycanlı olan Ceyhun F. isə Yekaterinburqdandır. Onlar Ximkidə 29 saylı məktəbdə oxuyurlar. Müstəntiqlər digər qurbanların axtarışındadır. 

Məktəblilərə qarşı cinayət işi başladılıb. Onların valideynləri və özləri Rusiya vətəndaşlığından məhrum ediləcəklər. 

Nuranə Abbasova