Böyük Britaniyanın Baş naziri Rişi Sunak İsraildə səfərdədir.

"Unikal" xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

***07:34

Böyük Britaniyanın baş naziri Rişi Sunak bu gün İsrailə səfər edəcək.

"Unikal" xəbər verir ki, Sunakın israilli həmkarı Benyamin Netanyahu və ölkə prezidenti İsaak Hersoqla görüşü planlaşdırılır.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.