İsrail və Fələstin arasında silahlı münaqişənin regional münaqişəyə çevrilməsi riski çox yüksəkdir.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Eyni zamanda diplomat qeyd edib ki, bir sıra ölkələrin bütün məsuliyyəti İranın üzərinə atmaq cəhdləri kifayət qədər təxribat xarakterlidir.

Lavrovun sözlərinə görə, İran kifayət qədər məsuliyyətli, balanslı mövqe tutur və əksinə, bu münaqişənin bütün Yaxın Şərq və qonşu ölkələrə yayılmasının qarşısını almağa çağırır.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

Gülayə Mecid