Kanada hakimiyyəti nüvə sazişi ilə bağlı məhdudiyyətlərin müddəti bitdikdən sonra İrana qarşı yeni sanksiyalar tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

İranın raket proqramı ilə bağlı BMT-nin tətbiq etdiyi sanksiyalar oktyabrın 18-də başa çatıb. Kanada Xarici İşlər Nazirliyi bildirib ki, İranın nüvə və raket proqramları ilə bağlı narahatlıqlar qaldığı üçün Ottava ABŞ , Böyük Britaniya və Aİ ilə koordinasiyada Tehrana təzyiq göstərməyə davam edəcək.

İran proqramlarında iştirak edən, dəstəkləyən, yardımçı və ya maliyyələşdirən 18 şəxs və 56 təşkilata qarşı yeni sanksiyalar tətbiq edilib.

Bəyanatda deyilir ki, sanksiyalar həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və əlaqədar təşkilatların indiki və keçmiş yüksək vəzifəli məmurlarını da hədəf alır.

Ağarza Elçinoğlu