Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın həbs müddəti daha iki ay uzadılıb.

"Unikal" xəbər verir  ki,  bu  barədə onun vəkili Aleksandr Koçubayev "Facebook"da məlumat yayıb. 

"Levon Köçəryanın həbs müddətinin uzadılması ilə bağlı vəsatət təmin edilib", - Koçubayev yazıb. 

Bu məsələ ilə bağlı məhkəmə iclası 15 saat davam edib. Koçubayevin sözlərinə görə, hakim Masis Melkonyan müdafiə tərəfinin imtina barədə vəsatətini rədd edib və Levon Köçəryana qərəzsiz münasibət bildirib. O deyib ki, prokuror “Levon Köçəryanın nalayiq davranışı ilə bağlı heç bir faktiki məlumatı olmadığını, lakin o, həbsdə qalmalıdır” deyib. 

Vəkil qeyd edib ki, müdafiə tərəfi etirazlarını bildirib, həmçinin məhkəməyə eksklüziv məlumatlar verib.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu İrəvanda keçirilən mitinqdə polis əməkdaşına qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur.

Gülayə Mecid