Fələstinin radikal HƏMAS hərəkatının siyasi bürosuna daxil olan ilk qadın Cəmilə əl-Şanti Qəzzada öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Londonda yerləşən "Arabi21" informasiya portalı məlumat yayıb.
Onların sözlərinə görə, Əl-Şanti İsrailin anklav ərazisinə endirdiyi zərbələr nəticəsində öldürülüb.
Əl-Şanti islamçı hərəkatın yaradıcılarından biri olan Abdel Əziz Rantinin dul arvadıdır. 2004-cü ildə ərinin ölümündən sonra o, siyasi fəaliyyətini davam etdirib.
Xüsusilə, Əl-Şanti Qəzzada Qadın İşləri Nazirliyinə rəhbərlik edib və 2021-ci ildə HƏMAS-ın siyasi bürosunun üzvü olub.
Gülayə Mecid