İrəvanda prokurorun həyatına sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 40 yaşlı kişi özü polis bölməsinə gələrək “Makarov” markalı tapançanı polisə təhvil verib. İlkin məlumata görə, insidentə səbəb düşmənçilik münasibətləri olub. 

Qeyd edək ki, dünən İrəvan məhkəməsi yaxınlığında atışma olub, bir nəfər yaralanıb. Naməlum şəxs və ya şəxslər məhkəmə binasının yaxınlığında prokurora atəş açıb.