Oktyabrın 7-də HƏMAS-ın hücumundan bu yana ən azı 306 İsrail əsgəri həlak olub.

"Unikal" xəbər verir ki, bu  barədə İDF sözçüsü Daniel Hagari məlumat yayıb. 

Onun sözlərinə görə, Qəzza zolağında 203 israilli HƏMAS-ın girovluğundadır. O qeyd edib ki, son sutka ərzində ordu qüvvələri girovların vəziyyəti ilə bağlı məlumat toplamaq üçün Qəzza zolağında reydlər həyata keçirib.

Hagari əlavə edib ki, çərşənbə günü Qəzza zolağına qayıdan HƏMAS terrorçusu İsrail ərazisində tutularaq dindirilmək üçün təhvil verilib.

Gülayə Mecid