BMT-nin baş katibi Antonio Quterreş oktyabrın 20-də Rəfah keçid məntəqəsinə səfər edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə "Al Hadas" telekanalı məlumat yayıb. 

Məlumata görə, Quterreş keçid məntəqəsinə Misir tərəfdən gedəcək: "Birləşmiş Millətlər Təşkilatının baş katibi oktyabrın 19-da Qahirəyə səfər edəcək və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək. Tərəflər Yaxın Şərqdəki vəziyyəti və Qəzzaya humanitar yardımın çatdırılması məsələsini müzakirə etmək niyyətindədirlər".

Ağarza Elçinoğlu