İsrail müxalifətinin lideri Yair Lapid Qəzza zolağına nəzarətin Fələstin Muxtariyyətinə qaytarılmasının zəruriliyi ilə bağlı fikirlərini bildirib.

"Unikal" xəbər verir ki, o, bu barədə Təl-Əvivdə keçirilən mətbuat konfransında bildirib. 

“Məncə, son nəticədə ən yaxşı seçim Fələstin Administrasiyasının Qəzzaya qayıtması olardı”.

Lapidin sözlərinə görə, əvvəllər də belə olub.

“Hələ də Fələstin administrasiyasından Qəzzada 20 minə yaxın adam işləyir. İsrail Qəzza əhalisi ilə deyil, HƏMAS-la müharibə aparır”, - deyə siyasətçi bildirib.

O, həmçinin xarici medianı HƏMAS ilə münaqişə kontekstində İsrailə qarşı qərəzli mövqe tutduqlarına görə tənqid edib.

Gülayə Mecid