Moldova parlamenti qarşısında vətəndaş fəallarının təşkil etdiyi Fələstinə dəstək aksiyasında onlarla insan iştirak edib. 

"Unikal" xəbər verir ki,  bu barədə TASS məlumat yayıb. 

İştirakçılar özləri ilə “Soyqırımı dayandırın”, "Fələstinə azadlıq” və digər şüarlar yazılmış plakatlar gətiriblər. Fələstin xalqını dəstəkləyən natiqlər Moldova parlamentinə, hökumətinə və prezidentinə müraciət edərək sülh çağırışı üçün bütün diplomatik kanallardan istifadə etməyə çağırıblar.

Gülayə Mecid