Berlində icazəsiz Fələstinə dəstək aksiyasında azı 174 nəfər həbs edilib.

"Unikal" xəbər verir ki,  bu  barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.  

Almaniya hakimiyyəti İsrail və HƏMAS arasında münaqişəyə cavab olaraq təşkil edilən Fələstin tərəfdarı etirazları qadağan edib.

Belə ki, Neukölln bölgəsində polislə dağılmaq əmrinə tabe olmayan nümayişçilər arasında toqquşma baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bəzi iştirakçılar pirotexniki vasitələrdən istifadə edib, barrikadalar qurub, polisə daş və butulka atıblar. Hadisə zamanı bir neçə avtomobil və bir ağac da yanıb.

Polis yanğınları söndürmək də daxil olmaqla, su şırnaqlarından istifadə edib. Fələstin tərəfdarı etirazlar Almaniyanın digər şəhərlərində, o cümlədən polisin su şırnaqlarından istifadə etdiyi Frankfurt və Nürnberqdə də keçirilib.

Keçən həftə sonu Berlində polis Fələstin tərəfdarlarının növbəti etiraz aksiyasını dağıdıb.

Gülayə Mecid