İsraillə HƏMAS arasındakı müharibənin Ukrayna ilə əlaqəli olduğu iddia edilib. Hətta bəzi sosial şəbəkə istifadəçiləri və Rusiya rəsmiləri HƏMAS yaraqlılarının Kiyevin verdiyi silahlardan istifadə etdiyini bildiriblər. 

"Unikal" xəbər verir  ki, son bir neçə gün ərzində dəfələrlə Rusiya mətbuatında Ukrayna hakimiyyətini HƏMAS yaraqlılarını Qərbin verdiyi silahlarla təchiz etməkdə ittiham edən xəbərlər dərc olunub.

Belə ki, saxta BBC reportajı kimi görünən video geniş yayılıb. "Bellingcat" nəşri də Qəzza zolağında silah alverinə dair sübutlar aşkar edib. Reallıqda bu, sosial media istifadəçilərini aldatmaq üçün BBC-nin tanınan loqosunu kopyalayan imitasiyadır.

Amsterdamda yerləşən təşkilatın qurucusu Eliot Higgins qeyd edib ki, bu iddialar Rusiyayönlü sosial media istifadəçiləri tərəfindən yayılıb.

“Video 100% saxtadır. Nə BBC News, nə də Bellingcat bu barədə məlumat verməyib”, - o, qeyd edib. 

Real xəbərləri təqlid edən saxta hesabatların yaradılması internetdə dezinformasiyanın yayılması üçün ümumi alətə çevrilib. Ukrayna rəsmiləri də ölkələrinin silahlarının bir növ HƏMAS yaraqlılarının əlinə keçməsi ilə bağlı şayiələri təkzib ediblər.  

Gülayə Mecid