ABŞ prezidenti Co Bayden hərbi cinayətkar kimi məsuliyyətə cəlb edilməlidir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

O, qeyd edib ki, Bayden İsrailə silah verməklə Yaxın Şərqdə müharibəni qızışdırır: 3Baydenin açıqlamalarından xəbəriniz var: o, İsrail və Ukraynaya 100 milyard dollar ayırır. Bu vəziyyətdə müharibə bitə bilməz. Birləşmiş Millətlər Təşkilatı Baydenin məsuliyyətə cəlb edilməsinə təşəbbüs göstərməlidir".

Dövlət Dumasının sədri vurğulayıb ki, bu məsələ təkcə BMT-də deyil, dünya ölkələrinin parlamentlərində də qaldırılmalıdır. O, deputatları İsraildə və Qəzza zolağında baş verən faciənin səbəbkarlarını aydın şəkildə müəyyən etməyə çağırıb.

Ağarza Elçinoğlu