Finlandiya prezidenti Sauli Niinistö Ukraynadakı münaqişə sülhlə başa çatarsa, bunu fonunda Rusiya prezidenti Vladimir Putinlə danışmağa hazır olduğunu bildirib.

"Unikal" xəbər verir ki, o, bu barədə Yle telekanalına müsahibəsində bildirib.

Lakin onun sözlərinə görə, hazırda hadisələrin belə inkişafı üçün heç bir ilkin şərt yoxdur.

"Mən onun (Vladimir Putin, - red) indi zəng edəcəyini düşünmürəm", - deyə Niinistö yekunlaşdırıb.

Finlandiya prezidenti ümid etdiyini bildirib ki, Ukraynadakı vəziyyət uzunmüddətli dondurulmuş münaqişəyə çevrilməyəcək. Onun fikrincə, döyüşlər “mövqe müharibəsi”nə çevrilir.

Gülayə Mecid