Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili dindiriləcək.

"Unikal" xəbər verir ki, o, oktyabrın 20-də keçiriləcək plenar iclasda parlamentdə sorğu-sual yolu ilə dinləyəcək. Darçiaşvili Çinlə strateji tərəfdaşlıq sazişi ilə bağlı suallara cavab verməlidir.

Parlament müxalifəti sözügedən məsələ ilə bağlı xarici işlər nazirini çağırıb. Darçiaşviliyə göndərilən suallarda vurğulanır ki, Qərb strukturlarına inteqrasiya Gürcüstanın elan etdiyi xarici prioritetdir və “bundan sonra Gürcüstan siyasəti Çinin xarici siyasətinə uyğun olmalıdır”. Xarici işlər nazirinin parlamentdə cavab verməli olduğu suallardan biri də belədir: - Ölkənin xarici vektoru doğrudanmı dəyişir?