İsrailin müdafiə naziri Yoav Qalant etiraf edib ki, hərbçilərin HƏMAS-ın İsrailə qarşı daha əvvəlki hücumunun qarşısını ala bilməməsinə görə məsuliyyət daşıyır.

"Unikal" The Times of Israel"ə istinadən xəbər verir ki, Qalant Qəzza sərhədi yaxınlığında jurnalistlərə açıqlamasında deyib: 

"Mən müdafiəyə cavabdehəm. Son iki həftə ərzində, hətta çətin vəziyyətlərdə belə, buna görə məsuliyyət daşımışam və indi bizi döyüşdə qələbəyə aparmağa cavabdehəm”.

Qalant qeyd edib ki, İsrail ordusu bütün tapşırıqlarını yerinə yetirənə qədər HƏMAS-a qarşı fəaliyyətini davam etdirəcək.

Nuranə Abbasova