Bakı şəhəri, Xətai rayonu, Cavanşir yolötürücüsündə aparılacaq texniki yoxlamalarla əlaqədar olaraq oktyabrın 19, 20 və 21-də saat 23:00-dan saat 23:15-ə qədər (15 dəq.) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan qısa müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan və sözügedən körpünün aşağısından keçən yoldan istifadə etmələri xahiş olunur.