Şəhid Elməddin Xasayevin həyat yoldaşı Azadə Xasayeva vəfat edib.

"Unikal" xəbər verir ki, Azadə Xasayeva uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Onun Atilla və Afət adlı iki övladı var. Onlar Bakı şəhəri 228 saylı məktəbin şagirdləridir. 

Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu olan Elməddin Xasayev 44 günlük Vətən müharibəsində, sentyabrın 27-də Füzuli döyüşləri zamanı Qaraxanbəyli istiqamətində gedən şiddətli döyüşlər nəticəsində şəhid olub.

Uzun müddət nəşi tapıla bilməyib. 31.12.2020-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilib.

Elmədin Xasayev ölümündən sonra "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.