"Qaynım Qəzzada həkimdir. Onunla telefonla danışanda bizə qətliamdan danışır".

"Unikal" xəbər verir ki, bunu Şotlandiyanın baş naziri Həmzə Yusif hökumətə müraciətində deyib. 

"Xəstəxanalarda tibbi avadanlıqlar tükənir. Həkimlər və tibb işçiləri kimi müalicə edəcəklər, kimi ölümə tərk edəcəkləri ilə bağlı çətin qərar vermək məcburiyyətində qalırlar. Bu dövrdə buna icazə verilməməlidir. Bu səbəblə ingilis hökumətini Qəzzadakı yaralı mülkü şəxslərin təxliyəsini dəstəkləməyə çağırıram".

Qeyd edək ki, İngiltərənin baş naziri Rişi Sunak bu gün Təl -Əvivə gedərək "İsrailin yanındayam" deyərək ona dəstək verib.