Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən bəri İsrail ərazisində ölən Rusiya vətəndaşlarının sayı 19-a yüksəlib, daha 7 rusiyalı isə itkin düşənlər siyahısındadır.

"Unikal" xəbər verir ki, bunu TASS agentliyinə Rusiyanın İsraildəki səfirliyinin mətbuat katibi Marina Ryazanova deyib. O bildirib ki, həlak olan və itkin düşən rusiyalılar barədə məlumatlar İsrail tərəfinin oktyabrın 19-u gündüz saatlarında yenilənmiş siyahısında yer alıb. Səfirliyin konsulluq şöbəsi qohumlarla əlaqə saxlayır və bütün halları aydınlaşdırır.

Bundan əvvəl İsraildə 16 rusiyalının öldüyü, 9 nəfərin isə itkin düşdüyü bildirilirdi.

Mətbuat katibinin sözlərinə görə, səfirlik İsrail tərəfi ilə razılaşdırılaraq, eləcə də Rusiya Daxili İşlər Nazirliyi vasitəsilə müvafiq yoxlama aparır və itkin düşən vətəndaşların yerini müəyyən etməyə çalışır.